Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft96.18 $▲1.52%
  • WTI neft89.03 $▲1.27%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.117 $▼1.33%
  • Qızıl3 861 $▼0.31%
  • Gümüş47.31 $▼0.42%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda589.00 ¢▲0.26%
  • Bitcoin64 651 $▼1.02%
  • Ethereum1 809 $▼1.38%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Siyasət

Azərbaycan hər zaman Ermənistanın ərazi bütövlüyünə hörmət edib - XİN

image-xin1-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ tərəfi sülh prosesinin irəliləməsinin vacibliyindən bəhs edərkən Ermənistanın artıq iki aydan çoxdur ki, Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərinə cavab verməyərək, prosesi ləngitdiyini unudur.

Busaat.az xəbər verir ki, bu barədə XİN-in ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində deyilir.

“Baza prinsipləri, habelə sülh sazişinin imzalanması, o cümlədən sərhədlərin demarkasiya və delimitasiyası, həmçinin komunikasiya xətlərinin açılması əsasında sülh prosesini başladan tərəfin Azərbaycan olmasına baxmayaraq, dövlət katibinin köməkçisi son 3 il ərzində bu istiqamətlər üzrə göstərilən səylərin Ermənistan tərəfindən sarsıldığını və maneə törədildiyini qeyd etməkdən çəkinib. Ermənistandan fərqli olaraq, Azərbaycan, 6 oktyabr 2022-ci il tarixində Praqada baş tutan görüş zamanı da bir daha təsdiqləndiyi kimi, hər zaman Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət edib”, – XİN-in şərhində qeyd edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=128110