Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib.
Busaat.az xəbər verir ki, “ASCO Arena”da baş tutan 1/8 final oyununda “Səbail” “Qaradağ Lökbatan”a qalib gəlib.
Premyer Liqa təmsilçisinin heyətində Emin Rüstəmov (53) və Nihad Quliyev (62) fərqlənib.
“Dənizçilər” növbəti mərhələdə “Qəbələ” – “Qarabağ” duelinin qalibi ilə qarşılaşacaq.