Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.63 $▼2.04%
  • WTI neft90.07 $▼1.51%
  • Avropa qazı (TTF)88.63 €▼1.13%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 073 $▲0.48%
  • Gümüş51.99 $▲0.85%
  • Pambıq78.70 ¢▲0.45%
  • Buğda586.25 ¢▼1.51%
  • Bitcoin75 899 $▼0.09%
  • Ethereum2 235 $▲0.01%
  • S&P 5007 354▼4.36%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Son dəqiqə

"Azərbaycan Laçın dəhlizinə nəzarəti bərpa etməlidir" - EKSPERT RƏYİ

image-5faba9c106f21_lacindehliziruslar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı toponimlərin saxtalaşdırılması və digər təxribat addımlarına qarşı bəyanatla çıxış edib.

Bəyanatda bu kimi addımlar pislənilib və Qarabağda hüquqa zidd əməllərdən qaçmağa çağırış edilib.

Müdafiə Nazirliyinin sözügedən açıqlaması insanlar arasında müəyyən müzakirələrə səbəb olub və Qarabağda vəziyyətin gərginləşməsi kimi xarakterizə edilib.

Busaat.az məsələ ilə bağlı hərbi məsələlər üzrə ekspert Səxavət Məmmədin fikirlərini öyrənib:

image-sexavet

“Laçın dəhlizi deyərdim ki, 10 noyabr bəyanatı imzalanan gündən Azərbaycanın əlehinə idi. Sadəcə o zaman bunu Azərbaycanda çox az adam dilə gətirdi. Artıq rəsmi Bakı Laçın dəhlizinin və Rusiya sülhməramıllarının Azərbaycanın suverenliyinə təhdid yaratdığının fərqinə varıb. Rusiya sülhməramlıları indi nəinki hər zaman Azərbaycana qarşı təxribatla məşğul olub, eyni zamanda psixoloji müharibə aparıblar. Rusiya Müdafiə nazirliyinin saytında təxribat xarakterli məlumatlar ilk hal deyil. Bir vaxtlar Qarabağdakı separatçı rejimin “polis”ləri ilə Azərbaycana məxsus maşın karvanlarının yoxlanılmasını həyata keçirib və bunu rəsmi saytda yayımlamışdılar. Bu təkcə təxribat deyil, həm də psixoloji müharibənin tərkib hissəsidir. Hesab edirəm ki, toponim adlarının da erməniləşdirilmiş variantda yazılması psixoloji müharibənin tərkib hissəsidir. Rəsmi Bakı buna mövqeyini açıq şəkildə ortaya qoymalı idi və hesab edirəm ki, bəyanat yerinə düşdü”.

Ekspert, həmçinin, sülhməramlıların addımlarının hansı ölkənin maraqlarına hesablandığını da açıqlayıb: “Rusiya sülhməramlı cildində kimdən yana olduğunu ortaya qoyub. Hesab edirəm ki, heç ermənilərdən də yana deyillər. Ermənilər sadəcə ruslar üçün bir vasitə, çömçə rolunu oynayır”.

Bölgədə hərbi qarşıdurma risklərini dəyərləndirən ekspert qeyd edib: “Rəsmi Bakı Laçın dəhlizi ilə bağlı da mövqeyini ortaya qoyub. Bu o anlama gəlir ki, səbr tükənib. Əgər bir neçə qurum və onun rəhbər şəxsləri tərəfindən bəyanatlar verilirsə, bu o anlama gəlir ki, planlar var. İlk ağıla gələn və effektiv plan isə hərb yoludur. Hesab edirəm ki, Azərbaycan Laçın dəhlizinə nəzarəti bərpa etməlidir. Əgər bu baş verməyəcəksə, təhdid və gələcəyə yönəlik təhlükə artacaq. Hərb variantı qaçınılmazdır demək hələ tezdir, ancaq hesab edirəm ki, hərb variantı masaya yatırılıb. Qarabağ ətrafında vəziyyət o qədər qəliz və gərgindir ki, proqnozlaşdırma mümkün deyil, çünki hadisələr qaununuyğun cəryan etmir. Hərb variantı isə, sürpriz olmayacaq”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91899