Azərbaycan millisinin futbolçusu Superliqa klubuna keçə bilər

image-84cb7265-29a8-3257-b27b-2f9d456fe3f2_850backend

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Samet Karakoç Türkiyə Superliqasında çıxış edən “Antalyaspor”a keçə bilər.

KONKRET.az xəbər verir ki, II Liqa təmsilçisi “Isparta 32 Spor”un formasını geyinən 21 yaşlı sol cinah müdafiəçisinin oyunu Antalya klubunun baş məşqçisi Nuri Şahinin diqqətini çəkib.

Müdafiənin sol cinahının gücləndirilməsini istəyən gənc mütəxəssis bunu məhz Karakoçun sayəsində həyata keçirməyi düşünür. “Antalyaspor”un futbolçu ilə danışıqları yekunlaşmaq üzrədir. Elita komandası tezliklə bu keçidi reallaşdırmaq niyyətindədir.

Qeyd edək ki, U-21 millimizin heyətində 5 oyun keçirən Samet Karakoç 2022-ci ilin ilk 6 ayında Azərbaycanda “Qəbələ”nin formasını geyinib.Report

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki