Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir

image-nevsbackend

Bütün dünya ictimayyətinə məlumdur ki, ölkə rəhbərimiz Prezident İlham Əliyevin “Euronevs” televiziyasına geniş və maraqlı müsahibə vermişdir. O öz müsahibəsində qeyd etmişdir ki, Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir. Azərbacan istənilən rəqabətdən, geosiyasi mübarizədən qorunmaq üçün lazımı addımlar atılır. Belə ki, iqtisadiyyatımızın şaxələnməyə, neft və qaz sektorundan asıllığı azaltmağa nail olmuşuq. Son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən bizim iqtisadi artımımız nisbətən zəifdir. Lakin son illər ərzində ümumi, daxili məhsulumuz dörd dəfə artıb. Buda ki, çox əhəmiyyətli nailəyyətdir. Düşünülmüş sosial siyasət nəticəsində yoxsulluğun səviyyəsi təqribən 50% -ə qədər enib.
Bu da onu numayiş etdirir ki, əldə edilmiş sərvət əhalimizin büten seqmentləri arasında ədalətlə bölünüb. Xarici borcun səviyyəsi hər il azalır. Bu gündə bu rəqəm ÜDM-in 10 % aşağıdır. Bu isə Azərbaycan iqtisadiyyatının dayanıqlığını nümayiş elətdirir. Gələcəkdə iqtisadi artım təmin edəcək sahələrə investisyaların qoyuluşu maliyyə imkanlarımıza əsaslanır. İndi hal-hazırda əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönəldiləcək. Bu da keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməyə təkan verəcəkdir. 2026 cı ilin sonuna qədər 140min insanın yerləşdirilməsi planlaşdırılıb. Bağlanmış layihələrdən də böyük həcmli mənfəət əldə olunacaq. Azərbaycan ərazisindən keçən müxtəlif istiqamətlərə milyonlarla ton əlavə yük gözləyirik. Onuda qeyd etmək istəyirəm ki, bizim çox sabit siyasi sistemimiz var. Xalqımızın çox güclü birliyi vardır. Xüsusilədə işğal olunmuş ərazilərimizin azad edildiyi tarixi şanlı Zəfər Qələbəmizdən sonra bu birlik dahada möhkəmlənmişdir.
Son iki ildə Azərbaycan bir çox dünya dövlətləri arasında sıx əməkdaşlıq dostluq əlaqələri yaratmışdır. Artıq 200- dən çox ölkədən ibarət olan birlik ölkələri ölkəmizi dəstəkləyir, sıx əlaqələr qurmaya çalışırlar.

Nəsimi rayon İctimai Şura:
Hacıyeva Gülnarə

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki