“Azərbaycan Prezidentinin müfəssəl fikirləri fonunda  Paşinyanın replikaları Ermənistanın sülh istəməməsi deməkdir….” – ŞƏRH

image-849672cd-9487-3384-a70a-9472df02c520_850backend

Sülh müqaviləsinin imzalanması istiqamətində Moskva görüşünü necə səciyyələndirmək olar?

Mövzu ilə bağlı politoloq Gülsel Səfərova Busaat.az-a açıqlamasında bildirib ki, Prezident öz çıxışında Azərbaycanın regionda iqtisadi və regional gücü və bu güclə regiona verdiyi töhfələr barədə dəqiq rəqəmlə məlumatlar verdi:

image-gulsel_safarova_240512

“Bildiyimiz kimi, Moskvada 25 may 2023-cü ildə Ali Avrasiya İqtisadi Şurasının iclası keçirildi. Bu iclasdan sonra Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli qapalı görüş baş tutdu. Daha öncə isə iclasda çox maraqlı anlar yaşandı. O maraqlı anları da  maraqlı edən Azərbaycan prezidentinin çıxışı, Paşinyana olan müfəssəl cavabları oldu. Prezident öz çıxışında Azərbaycanın regionda iqtisadi və regional gücü və bu güclə regiona verdiyi töhfələr barədə dəqiq rəqəmlə məlumatlar verdi. Bəzi cümlələr isə Paşinyanda qıcıq yaratdı. Belə olan halda o öz yalan maşınını işə salmağa başlayır. Çünki Azərbaycan lideri Azərbaycanın Şimal-Cənub, Qərb və Şərq dəhlizlərində oynadığ rolu vurğuladı. Azərbaycanın mühüm bir hissəsi olan Naxçıvanın Zəngəzur dəhlizi ilə birləşəcəyi təşəbbüsünün irəli sürüldüyünü vurğuladı.

Bütün bu çıxış isə Paşinyanı narahat etdi. Paşinyan isə tamamilə mövzudan kənar fikir söylədi. Guya Azərbaycan Laçın yolunu bağlayıb. Azərbaycan Prezidenti isə düzgün şəkildə vurğuladı ki, hər hansısa dəhlizin açılması Azərbaycanın haqqıdır. Dövlət başçımızın bu çıxışı beynəlxalq normalara əsaslanırdı. Beynəlxalq normalara uyğun olmayan çıxış isə Paşinyana məxsus idi. Laçın Azərbaycanın ərazisidir. Putin də Paşinyana bildirdi ki, əsas məsələ hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. 

Brüsseldəki görüşdə Paşinyan ərazi bütövlüyümüzü tanıdığını bildirmişdi. Bu çıxışdan sonra belə replikaları Paşinyanın siyasi nüfuzdan düşməsidir. Mən əminəm ki, digər dövlət başçıları da Paşinyanın bu replikalarını qeyri-obyektiv və qeyri-səmimi hesab ediblər. Azərbaycan və Ermənistanın sülh müqaviləsinə yaxınlaşdığı bir zamanda Azərbaycan Prezidentinin müfəssəl fikirlərinə, Paşinyanın replikalarla reaksiya verməsi, Ermənistanın sülh istəməməsi deməkdir. Bu isə heç bir nəticə verməyəcək. Dövlət başçımız qəti addımları ilə Azərbaycanı daha da irəli aparacaq. Sülh müqaviləsi də bağlanacaq.  Zəngəzur dəhlizi də açılacaq. Azərbaycan dünyaya həm iqtisadi həm də sülh töhfəsini verəcəkdir…”

Bünyamin Bünyadzadə

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki