Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 267 $▼1.40%
  • Ethereum1 908 $▼0.99%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Azərbaycan prezidentinin reaksiyası anlaşılmazdır - İran XİN

image-iran-xin-azrbaycan-vtndaslarinin-gedis-glisini-asanlasdirmaq-ucun-calisiriq-11676
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 “İran Ermənistanla Azərbaycan arasındakı problemlərin ikitərəfli və üçtərəfli formatda həllinə dəstək verməyə hazırdır”.

Busaat.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

“Bizim prinsipial siyasətimiz mehriban qonşuluq və bütün qonşularla münasibətlərin genişləndirilməsi üzərində qurulub. Bir qonşu ilə münasibətlərin gücləndirilməsi bu münasibətlərin digər qonşuya qarşı yönəldiyi anlamına gəlmir. İran Azərbaycan ərazilərinin işğalını pisləyib və torpaqların azad edilməsini ən yüksək səviyyədə dəstəkləyib. Artıq iki ilə yaxındır ki, Azərbaycan və Ermənistan rəsmiləri İranın dəstəklədiyi daimi sülh və barışıq yolunda müxtəlif siyasi, hərbi və təhlükəsizlik səviyyələrində ikitərəfli və çoxtərəfli görüşlər keçirir. Amma Bakının bu görüşlərlə bağlı narahatlığının səbəbləri anlaşılmazdır. Bir daha Azərbaycan və Ermənistan arasında həll olunmamış məsələlərin müxtəlif formatlarda, o cümlədən ikitərəfli və üçtərəfli formatlarda, habelə Cənubi Qafqazın üç ölkəsi – Ermənistan, Gürcüstan və Azərbaycanın, üstəlik Rusiya, Türkiyə və İranın iştirak etdiyi “3+3” formatında əməkdaşlıq mexanizminin həllini dəstəkləməyə hazırıq” –deyə, Kənani bildirib.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ermənistan və Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimlər barədə danışan iranlı diplomat təlimləri rutin və əvvəlcədən planlaşdırılmış addım olaraq adlandırıb və bu barədə iki qonşu ölkənin rəsmi kanallar vasitəsilə əvvəlcədən məlumatlandırıldığını vurğulayıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90145