Məzmuna keç
  • Brent neft110.18 $▲0.60%
  • WTI neft101.34 $▲0.38%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.036 $▲1.71%
  • Qızıl4 025 $▲0.07%
  • Gümüş53.92 $▼0.46%
  • Pambıq79.19 ¢▼1.33%
  • Buğda615.50 ¢▼1.20%
  • Bitcoin79 793 $▼0.31%
  • Ethereum2 308 $▼0.80%
  • S&P 5007 677▲0.71%
16°Bakı
  • USD1.7006
  • EUR1.9041
  • 100 RUB2.1048
  • GBP2.2738
  • TRY0.0342
  • AED0.4631
  • CNY0.2547
  • GEL0.6547
  • 100 KZT0.3769
  • UAH0.0376
  • 100 JPY1.0844
  • CHF2.0626
  • USD1.7006
  • EUR1.9041
  • 100 RUB2.1048
  • GBP2.2738
  • TRY0.0342
  • AED0.4631
  • CNY0.2547
  • GEL0.6547
  • 100 KZT0.3769
  • UAH0.0376
  • 100 JPY1.0844
  • CHF2.0626
Cəmiyyət

Azərbaycan sona qədər haqq davasını aparacaq - AÇIQLAMA

image-aciqlama
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin sosial şəbəkədəki paylaşımı Ermənistan mediasında isteriya ilə qarşılanıb.

Deputat Qərbi Azərbaycandakı dədə-baba yurdlarından didərgin salınmış soydaşlarımızla bağlı statistikanın hazırlandığını bildirib. Qeyd edib ki, yaxın günlərdə 1987-1991-ci illərdə Qərbi Azərbaycanda azərbaycanlı əhalisi Ermənistanda dövlət səviyyəsində soyqırımına məruz qalmış kənd, qəsəbə və şəhərlərimizin dəqiq sayını və adlarını elan edəcək.

Ermənistan mediası bunu Azərbaycanın “ərazi iddiası” kimi təqdim etməyə çalışıb. Qeyd edək ki, rəsmi Bakı heç bir ölkəyə ərazi iddiası olmadığını daha əvvəl dəfələrlə bəyan edib.

Millət vəkili Ceyhun Məmmədovun dediyinə görə, konkret faktlar və sübutlar var ki, ötən əsrin 80-ci illərinin sonunda ermənilər çoxlu sayda azərbaycanlını qətlə yetiriblər, öz dədə-baba yurdlarından deportasiya ediblər.

Deputat vurğulayıb ki, ermənilərin vəhşiliyi tarixdən hər birimizə məlum olan və dəqiq faktlara söykənən bir məsələdir:

“Ona görə də Ermənistanda Qərbi Azərbaycan İcmasının sədrinin açıqlamalarına aqressiv reaksiya verməməlidirlər. Azərbaycan öz haqq davasını aparır. Qərbi Azərbaycandan barbarcasına qovulan insanlarla bağlı əlimizdə konkret statistika, siyahılar var. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq bu istiqamətdə iş aparır”.

C.Məmmədovun sözlərinə görə, Ermənistanda siyasətçilərin, ekspertlərin Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlılarla bağlı məsələni Qarabağdan könüllü çıxmış ermənilərlə müqayisəsinin, paralellik aparmasının əsası yoxdur:

“Bunlar tamamilə ayrı məsələdir. Azərbaycanlılar indiki Ermənistan arasında tarixən yaşayıblar. Ermənilər isə Qarabağa sonradan köçürülüblər və onları heç kim oradan deportasiya etməyib. Öz arzuları, istəkləri ilə ərazilərimizdən çıxıblar”.

Ermənistan tərəfi bilsin ki, Azərbaycan sona qədər haqq davasını aparacaq və soydaşlarımızın ora qayıtması üçün gərəkən bütün addımları atacaq:

“Emənilərin bununla bağlı narahatlığı ondadır ki, azərbaycanlılara qarşı çox böyük faciələr, qətliamlar törətdiklərini yaxşı bilirlər. Ona görə də bu məsələnin ortaya çıxmasından, müzakirələrdən ciddi şəkildə narahatdırlar. Düşünürlər ki, bu proses onların əleyhinə işləyə bilər. Qərbi Azərbaycan söhbətinə kəskin reaksiya vermələri və Qarabağla müqayisə aparmalarının səbəbi budur”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=139710