Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır

image-02jpg-1708350919backend

Doğru deyilib ki, bir dövlət iki millətik.

Biz tarixin demək olar bütün dövlətlərində qardaşlıq, birgə ittifaq şəraitində yaşamışıq və bu indi də davam edir. Azərbaycan və Türkiyə dövləti həmişə hər an bir- birinin yanındadır . Məhz buna görə bəzi ölkələr bizim qardaşliğimiza paxıllıq ilə yanaşır, qısqanclıqla yanaşırlar. Amma bir şeyi unudurlar ki , bu qardaşlıq əbədidir.

Bu qardaşlığın nişanələri hər sahədə: siyasətdə, iqtisadiyyatda, təhsildə və digər sahələrdə aydın şəkildə görmək mümkündür. Azərbaycan həmişə Türkiyənin eyni zamanda da Türkiyə həmişə Azərbaycanin həm mənəvi, həm maddi cəhətdən yanında olmağı bacarıb . Bütün bunları Azərbaycan tarixini yaxşı bilən biri kimi fəxrlə deyirəm. Heydər Əliyevin Naxçıvanda hakimiyyəti dövründə ,istər Heydər Əliyevin Azərbaycan respublikasında hakimiyyətdə olduğu dövrdə Türkiyə respublikasınin etdiyi yardımlari , mənəvi cəhətdən dəstəklərini dana bilmərik. Bu birgə siyasət, yardımsevərlik İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə də yüksələn xətlə davam edir.

Türkiyə respublikasınin Azərbaycana növbəti dəstəyi 44 günlük Zəfər döyüşümuzdə də aydin şəkildə bütün dünyaya çatdırıldı , istər mənəvi,istər maddi cəhətdən ,istər siyasi səhnədə Türkiyə Respublikası əlindən gələn yardımı etdi . Müharibədən sonra Şuşa şəhərində imzalanmış “ Şuşa müqaviləsi” də bizim birgə dostluğumuzu bütün dünyada açıq şəkildə göstərdi . Doğrudur bu müqavilə bir çox ölkələri qıcıqlandırdi, siyasətcilərin müzakirəsinə səbəb oldu , amma hər kəs reallığı qəbul etməlidir. Türkiyə və Azərbaycanin birlikdə qurduğu reallığı. Bu müqavilə də Qarabağin birgə bərpası,birgə dirçəlişi, sülhün ədəbiliyi üçün Türkiyə respublikasıda əlindən gələnləri etməsi,bundan sonra da yaxından iştiraki öz əksini tapmışdır .

Azərbaycanın Türkiyə Respublikasına daha bir dəstəyi qardaş ölkədə baş verən zəlzələ hadisələri zamanı hər bir vətəndaşının Türkiyə respublikası üçün etdiyi mənəvi, maddi yardımları idi.

Bütün bu kimi dəstək,birlik ,yardımsevərlik bu iki dövlətin arasında bundan sonra da davam edəcək. Azərbaycan və Türkiyə böyük bir birlikdir ! Qırılmaz bağdır !

Şəlalə Hüseynova
Azərbaycan Dillər Universiteti

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90