Azərbaycan-Türkiyə dostluğu “Bir millət, iki dövlət” anlayışının sübutudur!

image-f3691905-9f1b-33eb-acc0-afff92bca461_850backend

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 fevral 2024-cü ildə Türkiyə Respublikasinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvləti ilə Türkiyə Respublikasına rəsmi səfər etmişdir.

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin ilk rəsmi səfərini qardaş Türkiyə respublikasına etməsi Türkiyə və Azərbaycan arasında qardaşlıq və dostluq əlaqələrinin təzahürüdür. Preziden İlham Əliyev səfər zamanı Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan və bir sıra hökumət nümayəndələri ilə işgüzar görüşlər keçirmişdir. Ümumiyyətlə, Türkiyə – Azərbaycan birliyi təkcə Azərbaycan üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilmişdir. Prezident İlham Əliyevin bu səfəri Azərbaycan və Türkiyə xalqlarının əcdadlarımızın dostluq, qardaşlıq əlaqələrinə daim sadiq qaldığını, tarixi köklərimizlə bağlı bütün ənənələrə sadiq olduğunu bir daha nümayiş etdirdi.

Türkiyə Respublikası bu gün dünya miqayasinda söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya miqayasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığının, sülhün və iş birliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Azərbaycan da Türkiyənin uğurlarına öz uğurları kimi sevinir və bundan qürur duyur. Türkiyə hər zaman Azərbaycanın yanında olmuş, hərbi-siyasi dəstəyini əsirgəməmişdir. Vətən Müharibəsi dövründə və müharibədən sonra Türkiyənin Azərbaycana verdiyi dəstək danılmazdır. Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. İkinci Qarabağ savaşında göstərdiyi dəstək Azərbaycan-Türkiyə əlaqələrini daha yüksək zirvəyə qaldırdı.

Azərbaycan və Türkiyənin birgə keçirdiyi layihələr kıfayət qədər çoxdur. Ölkələrimizin birgə həyata keçirdiyi nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi sürətlə artır və hal-hazırda rekord həddə yüksəlib. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7,5 milyard dollara çatmışdır. Azərbaycan ötən il Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Azərbaycan təbii qazının Türkiyə ərazisindən Avropaya ixrac edilməsi qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir.

Azərbaycan və Türkiyə arasinda əməkdaşlığın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. Türkiyənin ordu modeli Azərbaycanda artıq tam formalaşıb. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq. Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində sıx əməkdaşlıq edir.

İki dövlət ordu quruculuğunda mühüm layıhələr həyata keçirməyi planlaşdırır. Azərbaycan və Türkiyə dövlətləri bütün sahələrdə olduğu kimi təhsil, elm və mədəniyyət sahəsində də əməkdaşlığı davam etdirir.

Azərbaycan və Türkiyə hökumətləri arasında təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki, bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.

Samir Səmədov İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın tarix müəllimi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki