“Azərbaycan, Türkiyə və Türkmənistan üçlü zirvə görüşü planlaşdırılır” – Çavuşoğlu

image-cavusoglu-avropa-1backend

Azərbaycan, Türkiyə və Türkmənistan Prezidentlərinin Zirvə görüşü keçiriləcək.

Busaat.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistanın XİN rəhbəri Rəşid Meredovla görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

“Hörmətli Prezident Berdiməhəmmədov Prezidentimizlə telefon danışığı zaman Türkmənistana dəvət etdi. Bunun tarixini qardaşım Meredov ilə qiymətləndirdik. İnşallah iyun-iyul aylarında ikili zirvə baş tutacaq. Eyni zamanda o ziyarət çərçivəsində Azərbaycan, Türkiyə və Türkmənistan üçlü zirvə görüşünü də keçirməyi planlaşdırırıq”,-deyə Çavuşoğlu qeyd edib.

Çavuşoğlu bu görüşlərdə bir sıra müqavilələrin imzalanacağını, bununla ölkələr arasındakı münasibətlərin bünövrəsinin daha da gücləndirəcəyini qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90