Azərbaycan və Çin arasında İKT və rəqəmsal inkişaf sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib.
Busaat.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Çinə səfər zamanı sənaye və informasiya texnologiyaları nazirinin müavini Can Yunminlə görüşdük. İki ölkə arasında İKT və rəqəmsal inkişaf sahəsi üzrə əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik.
Çin şirkətlərinin Azərbaycanda elm tutumlu istehsalat müəssisələri qurması, Çinin aparıcı universitetləri, texnoparkları, inkubasiya və akselerasiya mərkəzləri ilə əməkdaşlıq, müştərək mübadilə və təlim proqramlarının təşkil edilməsinə dair fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.