Üçtərəfli görüş başa çatdı – Yenilənib

image-55555backend

Bu gün axşam saatlarında Vaşinqtonda Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçiriləcək.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət departamenti yayıb.

Görüş Bakı vaxtı ilə 17:45-də ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə baş tutacaq.

Bundan əvvəl isə, 17:00-da Blinken və Ceyhun Bayramov arasında ikitərəfli görüş keçiriləcək.

***

ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə ​Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.

Busaat.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.

***

ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə ​Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında üçtərəfli görüş başa çatıb.

Busaat.az  xarici KİV-ə  istinadən xəbər verir ki, görüşdə regionda təhlükəsizlik vəziyyətini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə edilib.

Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki