Azərbaycan Xocalı aeroportunu bağlayır? – Uçuşlar olmayacaq…

Azərbaycan Xocalı aeroportunu bağlayır? – Uçuşlar olmayacaq…backend

“Dövlət başçısı İlham Əliyevin qısa bir vaxtda Füzulidə beynəlxalq aeroportun tikilib istifadəyə veriləcəyini qeyd etməsi strateji əhəmiyyət kəsb edir. Bununla da Xocalı aeroportu bağlanacaq”.

Busaat.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Xocalı aeroportu kiçiktutumlu təyyarələri qəbul edir və müasir standartlara cavab vermir:

“Baxmayaraq ki, hazırda orada bizim nəzarətimiz olmasa da, hava məkanı Azərbaycanın nəzarətindədir və oradan uçuşlar mümkün deyil.

Bundan əlavə, Rusiya tərəfi sülhməramlı qüvvələrin loqistik dəstəyi üçün Xocalı aeroportunun açılmasında israrlıdır, kiçiktutumlu hərbi nəqliyyat təyyarələrinin bura eniş etməsinə çalışır. Lakin Azərbaycan buna razılıq vermir. Çünki bu, siyasi-strateji əhəmiyyət kəsb edir. Azərbaycan buna icazə verərsə, müəyyən fəsadları mümkündür.

Rusiya faktiki olaraq 5 il ərzində Qarabağda olacaq. Ona görə də Füzuli aeroportu açılandan sonra Rusiya təyyarələri Azərbaycanın nəzarəti altında bura eniş edəcək. Nəzərə alaq ki, Türkiyə hərbçiləri də Qarabağdadır, Füzuli aeroportuna qardaş ölkənin hərbi təyyarələri də eniş edəcək. Buradakı hərbçilərin təminatını hər iki ölkə qısa vaxtda təmin etmək iqtidarında olacaq. Xocalı aeroportundan isə təktərəfli Rusiya istifadə edəcəkdir”.

Politoloq Azərbaycanın Xocalı aeroportunun əhəmiyyətini sıfıra endirəcəyini də bildirib:

“Azərbaycan bundan sonra Xocalı aeroportunun əhəmiyyətini tam sıfıra endirəcək və ümumiyyətlə, adi bir helikopter uçuşuna icazə verməyəcək, bu aeroportu beynəlxalq aviasiya sistemindən çıxaracaq. Füzuli aeroportu Qarabağ zonasında bir beynəlxalq aeroport olacaq”. /Redaktor.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki