Məzmuna keç
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.87 $▼0.20%
  • WTI neft83.62 $▲0.76%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.791 $▲17.33%
  • Qızıl3 539 $▲0.17%
  • Gümüş41.08 $▼0.68%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda593.00 ¢▲0.13%
  • Bitcoin59 089 $▲0.47%
  • Ethereum1 625 $▲0.34%
  • S&P 5006 910▼3.72%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
İqtisadiyyat

Azərbaycanda 10 audit şirkətinin lisenziyası dayandırıldı

image-1705991741_65af5be6cf81c65af5be6cf81d170599114265af5be6cf81a65af5be6cf81b
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda 10 audit şirkətinin və 6 sərbəst auditorun lisenziyası müvəqqəti dayandırılıb.

Busaat.az xəbər verir ki, bu barədə Auditorlar Palatasından bildirilib. Məlumata görə, audit fəaliyyəti dayandırılan şirkətlər “Audit Planning and Strategy” MMC, “Bakinar Audit” MMC, “Capital Audit” MMC, “KF Audit” MMC, “East İnvest Finance and Accounting” MMC, “Max Audit” MMC, “Proqress Audit” MMC, “Rasional Audit” MMC, “Solutions Audit Services” MMC və “T. A. T Global Audit” MMC-dir.

Qeyd edilib ki, Auditorlar Palatası Şurasının qərarına əsasən sözügedən şirkətlər üzvlük haqqı borclarını bu il yanvarın 20-dək tam ödəmədikləri üçün yanvarın 22-dən onların audit fəaliyyəti dayandırılıb. Həmçinin, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə də məlumat verilib.

Auditorlar Palatasından o da əlavə edilib ki, sözügedən şirkətlərin konsaltinq xidməti göstərməsi ilə bağlı hər hansı bir məhdudiyyət tətbiq edilməyib. Üzvlük haqqları ödənildikdən sonra isə onların audit fəaliyyəti bərpa edilə bilər.

Qeyd edək ki, audit şirkətlərinin Palataya illik üzvlük haqqı 5972 manat, sərbəst auditorların üzvlük haqqı isə 2920 manat təşkil edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=133192