Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.17 $▼0.10%
  • WTI neft88.21 $▼0.15%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.164 $▲0.19%
  • Qızıl3 878 $▲0.21%
  • Gümüş47.73 $▲0.87%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda590.00 ¢▲0.55%
  • Bitcoin64 617 $▼1.07%
  • Ethereum1 808 $▼1.42%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

Azərbaycanda bələdiyyə sədrləri məsuliyyətə cəlb edildi

image-1698986857_654479d31bf10654479d31bf111698986450654479d31bf0e654479d31bf0f
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Lerikdə məişət tullantılarının qalaqlanmasına görə bələdiyyə sədrləri inzibati məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Busaat.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Piran və Hamarmeşə kəndləri ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Aşkar olunmuş faktlarla bağlı ərazi üzrə 2 bələdiyyənin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunaraq aidiyyəti dövlət qurumuna göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=126823