Azərbaycanda betonun keyfiyyətini yoxlamaq üçün yeni sistem tətbiq ediləcək

image-betonbackend

Azərbaycan və Türkiyə arasında ölkəmizdə Elektron Beton Monitorinq Sisteminin (EBIS) yaradılması üçün əməkdaşlıq protokolu imzalanıb.

Busaat.az bu barədə “Anadolu” Agentliyinə istinadən xəbər.

Məlumata görə, bu sistemin yaradılması ilə bağlı Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi Azərbaycan, Özbəkistan, Albaniya, Türkmənistan, Qətər, Qazaxıstan, Qırğızıstan və Şimali Kiprdən olan müraciətlər əsasında bu ölkələrdə görüşlər keçirib. Son nəticədə Azərbaycan, Özbəkistan, Albaniya, Qətər və Şimali Kirplə əməkdaşlıq protokolları imzalanıb, Türkmənistan, Qazaxıstan və Qırğızıstanla isə danışıqlar aparılır.

“Bu sistem Türkiyədəki zəlzələlərdən sonra əldə edilmiş təcrübələrlə texnoloji inkişafı uyğunlaşdırmaq, mümkün problemləri bəri başdan aradan qaldırmaq, daha effektiv və səmərəli yoxlamanı təmin etmək məqsədi ilə yaradılıb”, – deyə Türkiyənin Tikinti İşləri Baş İdarəsindən bildirilib.

Türkiyədə bu sistem 2018-ci ildən tətbiq olunur. Bu il avqustun 14-nə qədər ölkə daxilində 381 376 binadan 30 388 676 çip beton nümunəsi götürülüb və 99,45 % uğurlu nəticə əldə edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90