Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft89.57 $▼0.53%
  • WTI neft83.17 $▲0.22%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.696 $▲14.39%
  • Qızıl3 513 $▼0.57%
  • Gümüş40.97 $▼0.94%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda591.00 ¢▼0.21%
  • Bitcoin58 190 $▼6.01%
  • Ethereum1 609 $▼8.33%
  • S&P 5007 025▼2.13%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Gündəm

Azərbaycanda bu qurumun əməkdaşları da koronavirusa yoluxdu

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sumqayıt Telekommunikasiya Qovşağının (STQ) beş əməkdaşı koronavirusa yoluxub.

Busaat.az “Xeberle.com”a istinadən xəbər verir ki, qurumun koronavirus aşkarlanan əməkdaşlarının çalışdığı şöbənin fəaliyyəti dayandırılıb və orada çalışan digər işçilər də karantinə alınıb.

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun da sosial izolyasiya olunduğu qeyd olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat katibi Günel Gözəlova bildirib ki, “Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının Kommersiya şöbəsinin bir əməkdaşı koronavirus infeksiyasına yoluxma şübhəsi ilə karantinə alınıb:

“Həmin əməkdaşla təmasda olmuş şəxslərin ilkin yoxlanılması zamanı daha dörd nəfərdə test nəticələri pozitiv olub”.

G.Gözəlova vurğulayıb ki, bununla əlaqədar qovşağın daha 18 əməkdaşından testlər götürülüb və nəticələr bəlli olanadək onlar evdə sosial izolyasiya olunublar:

“Qovşağın inzibati binasında, iş otaqlarında mütəmadi dezinfeksiya işləri aparılır. TKQ-nin rəhbərliyinin koronavirus infeksiyasına yoluxma şübhəsi ilə karantinə alınması məlumatı isə həqiqəti əks etdirmir”.

Mətbuat katibi sözlərinə onu da əlavə edib ki, hazırda Sumqayıt TKQ-nin fəaliyyəti normal şəkildə davam etdirilir. Karantin qaydalarına riayət edilməklə abunəçilərə rabitə xidmətləri göstərilir.

Qeyd edək ki, rəsmi məlumata görə, Sumqayıtda indiyədək 260 nəfər koronavirusa yoluxub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=10565