
Azərbaycanda daha 131 nəfər koronavirusa yoluxdu, 159 nəfər sağaldı
Azərbaycanda koronavirus infeksiyasına 131 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Busaat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.























