Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.47 $▼1.19%
  • WTI neft91.04 $▼0.45%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)2.989 $▲1.12%
  • Qızıl4 075 $▲0.51%
  • Gümüş52.01 $▲0.89%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda590.50 ¢▼0.80%
  • Bitcoin75 708 $▼0.34%
  • Ethereum2 228 $▼0.29%
  • S&P 5007 401▲0.60%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

Azərbaycanda daha 3 xəstəxana koronavirus xəstələri üçün ayrıldı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Göyçay, Ucar və Zərdab rayon mərkəzi xəstəxanaları COVİD-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərməyə başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Göyçay rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov deyib.

Onun sözlərin görə, həmin tibb müəssisələri bu gündən etibarən xəstə qəbulunu dayandırıb, xəstələrin köçürülməsinə başlayıb: “Hazırda xəstəxanada stasionar müalicə alan 60-dan artıq xəstə var. Həmin xəstələrin köçürülməsi ilə məşğuluq. Xəstəliyi ilə əlaqədar vəziyyəti ağırlaşan və müxtəlif hadisələr nəticəsində xəsarət alan şəxslər Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edəcək. Stansiyada bununla əlaqədar zəruri tədbirlər görülüb və şərait yaradılıb. Müxtəlif cərrahiyyə əməliyyatları və doğuş üçün müraciət edən, avtomobil qəzaları zamanı ağır xəsarət alan şəxslər, digər ağır xəstələr Kürdəmir, Ağsu, Yevlax və Mingəçevir xəstəxanalarına müraciət edəcəklər. Göyçay rayonunun kəndlərindəki həkim tibb məntəqələri isə fəaliyyətini əvvəlki kimi davam etdirəcək, xəstələrə ilkin tibbi yardımlar göstəriləcək”.

Direktor xəstəxanada COVİD-19 xəstələrinə xidmət edəcək tibb işçilərinin sayının dəqiqləşdirildiyini bildirib: “Göyçay xəstəxanasında 100-dən çox tibb işçisi fəaliyyət göstərəcək, digər işçilər isə məcburi məzuniyyətə göndəriləcək. Əsasən, 60 yaşdan yuxarı olan tibb işçiləri məcburi məzuniyyətə göndərilsə də, onlar aylıq əməkhaqlarını alacaqlar, ixtisar olmayacaq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=11283