Azərbaycanda DƏHŞƏT: Ər arvadını övladının gözü önündə ÖLDÜRDÜ – TƏFƏRRÜAT

image-1690271409_hebs1backend

Qubada baş verən qətlin bəzi təfərrüatı məlum olub.

Busaat.az xəbər verir ki, hadisə mərhum Rəvanə Güliyevanın ata evində – Zərqova İnzibati Ərazi Dairəsinin Mahmudqışlaq kəndində baş verib.

Bir müdddətdir ərinin pis vərdişlərinə görə ondan ayrılmaq istəyən Rəvanə Güliyeva ata evinə gəlib. Qadın boşanmaq üçün Quba Rayon Məhkəməsinə müraciət edib.

Bundan xəbər tutan onun əri Elşad Güliyev durumdan narazı olub və ondan ərizəni geri götürməsini tələb edib. Onun razılaşmadığını görəndə E.Güliyev bu gecə yaşadığı Xucbala kəndindən qaynatasıgilə gəlib.

Hadisə vaxtı Rəvanə Güliyevanın atası Vasif işdə gecə növbəsində olduğundan qadın evdə azyaşlı uşağı ilə tək olub. Evə daxil olan Elşad Güliyev Rəvanə ilə mübahisə edib və mübahisələri qanlı olayla bitib.

Hadisədən sonra Elşad Güliyev Rəvanənin qardaşıgilə gedib və ona bacısını öldürdüyünü deyib. O, Quba Rayon Polis Şöbəsinə də törətdiyi qətl barədə qaynıgildən xəbər verib və polis əməkdaşlarına könüllü təslim olub. Qeyd edək ki, mərhum Rəvanə Güliyevanın anası vəfat edib və o, bir müddətdir, ata evində qalıb.

Qeyd edək ki, iyulun 25-də saat 6 radələrində Quba rayonunun Mahmudqışlaq kəndində yerləşən evlərdən birində 1999-cu il təvəllüdlü Rəvanə Güliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1997-ci təvəllüdlü Elşad Güliyevin qısqanclıq zəminində arvadı Rəvanə Güliyevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Elşad Güliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Fakta görə Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.(bizim.media)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki