Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.70 $▼0.96%
  • WTI neft91.23 $▼0.24%
  • Avropa qazı (TTF)85.85 €▼4.23%
  • Təbii qaz (ABŞ)2.991 $▲1.18%
  • Qızıl4 060 $▲0.16%
  • Gümüş51.88 $▲0.64%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda588.50 ¢▼1.13%
  • Bitcoin75 698 $▼0.35%
  • Ethereum2 231 $▼0.19%
  • S&P 5007 354▼4.36%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071

Azərbaycanda dərs ili uzadılacaq? - AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Hər bir vətəndaş təhsil müəssisələrinin nə zaman açılması barədə dəqiq tarixin səsləndirilməsini istəyir. Amma indiki dövrdə təhsil müəsssisələrinin açılması barədə danışmaq tezdir”.

Busaat.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni” TV-nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, şagirdlərə dərs proqramı bu və ya digər formada çatdırılırsa, dərs ilinin uzadılmasına ehtiyac yoxdur:

“Yəqin ki, tədris ili vaxtında başa çatacaq. Canlı olmasa da, proqramlar şagirdlərə çatdırılır. Mart ayında teledərslərə start verməklə dünyada ilklərdən olduq. Vaxtında teledərslərlə şagirdlərin proqramda olan boşluqlarını aradan qaldırmaqla tədris ilini vaxtında yekunlaşdıracağıq.

Şagirdlərin evdə dəsrlərlə məşğul olub-olmadığını bilmirik. Bu isə artıq valideynin məsuliyyətidir. Pandemiya yalnız Azərbaycan təhsilinə deyil, dünya təhsilinə mənfi təsir göstərib. Ölkəmizdə ümumtəhsil sahəsində 1 milyon 600 min şagird, 100 minə yaxın tələbə və təhsil işçiləri təhsildən kənarda qalıblar”. – deyə M. Vəliyeva bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=8938