Azərbaycanda dini qurumlar ianəni bank kartı ilə qəbul edə biləcəklər

image-6d30b00c92b78f69d421f7c2873a5d9fbackend

Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə biləcəklər.

“Report”un əldə etdiyi məlumata görə, bu, “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edə biləcəklər.

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinin uyğun bəndi hazırda belədir: “Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilərlər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90