Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.17 $▼0.10%
  • WTI neft88.21 $▼0.15%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.164 $▲0.19%
  • Qızıl3 878 $▲0.21%
  • Gümüş47.73 $▲0.87%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda590.00 ¢▲0.55%
  • Bitcoin64 617 $▼1.07%
  • Ethereum1 808 $▼1.42%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Sağlamlıq

Azərbaycanda koronavirusla bağlı sevindirici durum (RƏSMİ)

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
“Azərbaycanda həm ölüm hallarında, həm də yoluxma hallarının sayında azalma var. Əvvəlki iki həftə ilə müqayisədə yoluxma sayı azalıb. O cümlədən sağalanların sayı artıb”.
Busaat.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
İSİM-in şöbə müdiri əlavə edib ki, hazırkı durum sağalanlarla yoluxanlar arasındakı fərqi əldə etməyə imkan verib: “Bu, o deməkdir ki, bizim tibb müəssisələrində çarpayılar boşalır, artıq əl çatandır. Kimsə xəstələnərsə, onlar üçün çarpayı var, mövcuddur və daha çoxdur. Bundan əlavə modul tipli xəstəxanalar da çarpayı fonduna xeyli artım təmin edib.
Hazırda səhiyyə sistemi bu tendensiya davam edərsə, xəstələri çarpayı fondu, müalicə və müayinə ilə təmin etmək iqtidarındadır. Yumşaldılmadan sonra artım müşahidə edilməsinə baxmayaraq, Azərbaycanda artıq ikinci dəfə infeksiya tam nəzarətə götürülüb”.
Qeyd edək ki, Azərbaycan ərazisində indiyə qədər 31 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 24 495 nəfər müalicə olunaraq sağalıb, 438 nəfər vəfat edib, 6 288 aktiv xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=13931