Azərbaycanda koronaviruslu xəstənin bir günlük xərci AÇIQLANDIbackend

“Koronavirusa yoluxan şəxsin bir günlük müalicəsi yüngül halda 80, ən ağır halda isə 150 manata başa gəlir”

Busaat.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

Zaur Əliyev qeyd edib ki, ölkəmizdə koronavirusdan müalicə olunan bir xəstəyə xərclənən vəsait təxminən 80-150 manat civarında dəyişir:

“Xəstə üçün ayrılan vəsaitə onun yeməyi, müalicəsi üçün lazım olan dərmanlar, geyim, maska, qoruyucu vasitələr və zəruri olan digər əlavələr daxildir”.