Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.14 $▼0.14%
  • WTI neft88.19 $▼0.17%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.154 $▼0.13%
  • Qızıl3 878 $▲0.19%
  • Gümüş47.75 $▲0.91%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda590.50 ¢▲0.64%
  • Bitcoin64 441 $▼1.34%
  • Ethereum1 805 $▼1.61%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Sağlamlıq

Azərbaycanda neçə uşağa qızılca peyvəndi vurulub?

image-1702381074_vaksin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda son günlər qızılca yoluxma hallarında artım müşahidə edilir. Yoluxma bir çox rayonda, əsasən uşaqlar arasında qeydə alınıb. Səhiyyə Nazirliyi, TƏBİB kimi qurumlar əhaliyə qızılca əleyhinə peyvənd vurulması ilə bağlı çağırış edib.

Xüsusi müalicəsi olmasa da, uşağın immun sistemini gücləndirmək, simptomları yüngülləşdirmək, ağırlaşmaları aradan qaldırmaq mümkündür. Qızılcanın ötürülməsinin qarşısını almağın ən effektiv yolu vaksinasiyadır.

“Valideynlərin nəzərinə çatdırım ki, uşaqlarının vaksinasiyası üçün onların yaşayış yeri üzrə uşaqlara ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər. Peyvənd qızılcaya yoluxan uşaqlarda xəstəliyin şiddətini və yayılmasını əhəmiyyətli dərəcədə azaldır. Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu təxminən 95 faizdir”, – Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Maraqlıdır, Azərbaycanda neçə uşağa peyvənd vurulub?

Peyvənd əsasən uşaqlıq dövründə vurulur. Vaksinin birinci dozası uşağın 12-15 ayında, ikinci dozası isə 6 yaşda tətbiq edilir.

Busaat.az xəbər verir ki, Modern.az Dövlət Statistika Komitəsinə məsələ ilə bağlı sorğu göndərib.

Komitədən saytımıza verilən məlumata görə, qızılca əleyhinə vaksinin birinci və ikinci dozası vurulan uşaqların sayı illər üzrə aşağıdakı kimi olub:

2020-ci ildə

Birinci doza: 109 min
İkinci doza: 125.5 min

2021-ci ildə

Birinci doza: 122.3 min
İkinci doza: 134.8 min

2022-ci ildə

Birinci doza: 95.6 min
İkinci doza: 120 min

Beləliklə, 2020-2021-ci illərdə təxminən 327 min uşağa I doza, 380 min uşağa isə II doza peyvənd vurulub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=130473