Azərbaycanda polis BIÇAQLANDI – RƏSMİ AÇIQLAMA

image-polisbackend

Daxili İşlər Nazirliyi (DİN) Biləsuvar rayonu ərazisində polis əməkdaşının bıçaqlanması ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Busaat.az-a bildirilib ki, iyulun 30-da Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini Sərvan Yaqubov şərxoş vəziyyətdə xuliqanlıq hərəkətləri törədərkən Cəbrayıl Rayon Polis Şöbəsinin polis nəfəri, polis serjantı Qurban Qurbanova müqavimət göstərib və ona bıçaqla xəsarətlər yetirib.

S.Yaqubov saxlanılıb.

10:18

İmişli rayonunda polis əməkdaşı bıçaqlanıb.

 

 

Hadisə İmişli və Biləsuvar rayonlarının sərhədində yetləşən məcburi köçkün düşərgəsində baş verib.

Cəbrayıl rayonunun Mərcanlı kənd sakini, 1987-ci il təvəllüdlü Qurbanov Qurban Əbülfət oğlu qəsəbə sakini tərəfindən bıçaqlanıb. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı olan polis serjantı Q.Qurbanov boğazından, qarın və bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alaraq, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən Cəbrayıl rayon sakini, 1986-cı il təvəllüdlü Yaqubov Sarvan Arif oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. (unikal.org)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90