
Azərbaycanda rekord sayda sağalma qeydə alındı- 8 nəfər vəfat etdi
Bu gün Azərbaycanda daha 645 nəfər koronavirusdan sağalıb, 8 nəfər isə vəfat edib.
Bu barədə Busaat.az-a Operativ Qərargahdan məlumat verilib. Son sutka ərzində ölkədə daha 497 yeni yoluxma qeydə alınıb.
Hazırkı dövrədək ölkəmizdə 27 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 18 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib. Aktiv xəstə sayı 8334 nəfərdir.
Ötən müddət ərzində 619 min 786 test aparılıb. Bugünkü test sayı isə 9263-dür.























