2024-cü ildə triatlon üzrə İRONMAN (uzun məsafə) seriyası Azərbaycanda keçirilə bilər.
Busaat.az-ın məlumatına görə, bu barədə Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə ölkə çempionatı zamanı jurnalistlərə açıqlamasında deyib.
Qurum rəhbəri hazırda beynəlxalq turnirin ev sahibliyi ilə bağlı danışıqların davam etdiyini bildirib:
“Gələn il İRONMAN brendinin ölkəyə gətirilməsini planlaşdırırıq. Bu, Azərbaycana həm turizm baxımdan böyük təkan verər, həm də idmançıların axınına yol açar. Yüksək səviyyədə yarışa ev sahibliyi etməyi planlaşdırırıq. Danışıqlar artıq bitmək üzrədir”.