Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.00 $▼0.28%
  • WTI neft87.84 $▼0.57%
  • Avropa qazı (TTF)86.34 €▼5.07%
  • Təbii qaz (ABŞ)3.152 $▼0.19%
  • Qızıl3 875 $▲0.11%
  • Gümüş47.58 $▲0.55%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda589.25 ¢▲0.43%
  • Bitcoin63 932 $▼2.12%
  • Ethereum1 792 $▼2.33%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Son dəqiqə

Azərbaycanda “uşaq pulu” bərpa edilir?

image-usaqpulu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qarşıdakı günlərdə Milli Məclisdə “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirə olunacağı gözlənilir. Bir neçə ildir büdcə müzakirəsi zamanı deputatlar 2006-cı ildən sonra doğulan bütün uşaqlara verilən “uşaq pulu” adlı sosial müavinətin bərpasını təklif edirlər.

Busaat.az bizim.media-ya istinadən xəbər verir ki, 2021-ci ilin dövlət büdcəsi müzakirə olunanda da bir neçə deputat eyni təkliflə çıxış edib, lakin təkliflərə müsbət cavab verilməyib.

Bəs, növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı “uşaq pulu”nun bərpası məsələsi yenidən gündəmə gələ bilərmi?

Milli Məclisin üzvü Fazil Mustafa mövzu ilə bağlı açıqlamasında uşaqlara verilən müxtəlif müavinətlərin artırılmasının müzakirə olunacağını bildirib: “Bununla bağlı ayrıca bir təklifin verilməsi dəfələrlə izah olunub. Uşaqlarla bağlı xeyli müavinət formaları var. Həmin müavinət formalarının artırılması məsələsi gündəmə gətiriləcək. Bilavasitə müavinətlər o zaman artır ki, minimum yaşayış məbləği artsın. Bu artanda ona müvafiq olaraq müavinətlərin artımı nəzərdə tutula biləcək.

Çünki müavinətlər minimum yaşayış məbləğinin həddindən aşağı olmamalıdır. Bu baxımdan, bu kimi təkliflər orada nəzərdə tutulacaq.

Konkret “uşaq pulu” deyilən bir termin yox, ayrı-ayrı müavinət formaları mövcuddur. Uşaqlar üçün müxtəlif müavinət formalarının, əlilliyə, təhsilə görə verilən təqaüd və s. müavinətlərin artırılması məsələsi büdcə müzakirələrində gündəmə gətiriləcək”, – deyə deputat əlavə edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=126653