Azərbaycanda yeni universitet binası tikilir

image-1707116492_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpgbackend

Lənkəran Dövlət Universitetinin (LDU) əlavə binasının tikintisinə başlanılıb.

Busaat.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, H.Aslanov 50 unvanında yerləşən ali məktəbin inzibati binası inşa olunacaq.

Tikintisi planlaşdırılan yeni bina 2 mərtəbəli olacaq.

Qeyd edək ki, LDU 1991-ci ildə Bakı Dövlət Universitetinin filialı kimi fəaliyyətə başlayıb, 1992-ci ildə isə müstəqil dövlət universitetinə çevrilib. Hazırda universitetdə 5000-ə yaxın tələbə bakalavr, magistratura və doktorantura səviyyəsi üzrə təhsil alır, 400-ə yaxın professor-müəllim və inzibati heyət çalışır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki