Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft89.82 $▼1.76%
  • WTI neft84.55 $▼1.31%
  • Avropa qazı (TTF)83.00 €▲0.81%
  • Təbii qaz (ABŞ)3.243 $▲0.93%
  • Qızıl4 091 $▼0.81%
  • Gümüş52.49 $▼1.42%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda590.25 ¢▲0.25%
  • Bitcoin74 218 $▼1.38%
  • Ethereum2 091 $▼1.93%
  • S&P 5007 550▲2.37%
10°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Sağlamlıq

Azərbaycanda yeni virus yayılıb? - RƏSMİ AÇIQLAMA

image-oesluokhfqkizaphnqlsql09nwhwib031otoosul_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda yeni virusun yayılması barədə iddialar doğru deyil.

Busaat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, son zamanla insanlar arasında yeni virusun yayılması ilə bağlı fikirlər şayiədir:

“Havaların kəskin soyuduğu qış aylarında epidemioloji cəhətdən hava-damcı yolu ilə ötürülən qrip və digər kəskin respirator virus infeksiyalarının yayılması çoxalır. Adətən qripə yoluxma hallarının artması payız-qış mövsümündə rast gəlinsə də, yoluxmanın pik həddi məhz dekabr-fevral aylarına təsadüf edir. Bu səbəbdən mövsümi qripə yoluxma hallarında müəyyən artımlar ola bilər”.

T.Eyvazov bildirib ki, bu viruslar arasında daha ağırı olan qripə qarşı vaksinasiyanı yaddan çıxarmaq olmaz:

“Qripə qarşı vaksinasiya olunanlar yoluxduqda ya xəstələnmir, yəni infeksiyanın asimptomatik variantını keçirir, ya da xəstələnsə belə daha yüngül və fəsadsız keçirir. Ona görə də qısa müddətdə sağalaraq virusu daha az insana ötürür. Tövsiyə olunur ki, insanlar nazirliyin dəstəyi ilə ölkəyə gətirilən effektiv və təhlükəsiz olan qrip əleyhinə vaksinasiya prosesindən keçsinlər”.

Qeyd edək ki, Azərbaycana gətirilən qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır və ödənişsizdir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178340