Azərbaycandan Gürcüstana gedən yük maşınından 85 ədəd mobil telefon aşkar edilib

image-mobil-telefonbackend

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları Gürcüstana gedən yük-nəqliyyat vasitəsindən 85 ədəd mobil telefon aşkar edib.

Busaat.az Komitəyə istinadən xəbər verir ki, DGK-nın Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında “Mazımqara” gömrük postunun ixrac nəzarət xəttində Azərbaycandan Gürcüstana gedən Gürcüstan vətəndaşının idarə etdiyi yük-nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun müxtəlif hissələrində şübhəli cizgilər müşahidə edilib.

Həyata keçirilən ətraflı yoxlama nəticəsində nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən 47 ədəd “iPhone”, 34 ədəd “Samsung”, 4 ədəd “Xiaomi” markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90