Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft105.64 $▲0.32%
  • WTI neft97.43 $▲0.36%
  • Avropa qazı (TTF)95.87 €▲2.59%
  • Təbii qaz (ABŞ)2.889 $▲0.17%
  • Qızıl3 919 $▼0.37%
  • Gümüş48.98 $▼1.24%
  • Pambıq77.20 ¢▼0.45%
  • Buğda605.00 ¢▼0.04%
  • Bitcoin76 956 $▲0.37%
  • Ethereum2 264 $▲0.65%
  • S&P 5007 541▼0.52%
19°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Cəmiyyət

Azərbaycandan Həcc ziyarətinə yola düşən sonuncu zəvvar qrupu Məkkəyə çatıb

image-mekke
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün Azərbaycandan Həcc ziyarətinə yola düşən sonuncu zəvvar qrupu Məkkə şəhərinə çatıb.

Busaat.az xəbər verir ki, bununla bağlı “Report”un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlı zəvvarlar hazırda Məkkədə Həcc ziyarəti ilə bağlı keçirilən Sağlamlıq və Təhlükəsizlik Forumunda iştirak edirlər.

“Hazırda Məkkə şəhərində 1500 zəvvarımız var. İyunun 14-dən etibarən Həcc ziyarətinin əsas hissəsi başlayacaq”, – V.Cahangiri bildirib.

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 1500 nəfərlik kvota ayrılıb. Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 3-ü səhər saatlarında təyyarə ilə Bakıdan Ciddə şəhərinə yola salınıb.

Azərbaycanda Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5850 ABŞ dolları təşkil edir.

Xatırladaq ki, iyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=139917