Azərbaycanın bank sektorunun xalis mənfəəti 23 % artıb

image-1684475364_1684306089_bankbackend

Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 724,2 milyon manat xalis mənfəət əldə edib.

Busaat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 % çoxdur.

8 ay ərzində bankların əməliyyat gəlirləri 3 milyard 140,4 milyon manat (1 il əvvələ nisbətən 26,7 % çox), əməliyyat xərcləri 2 milyard 038,2 milyon manat (27,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 191,3 milyon manat (19,9 % çox), gözlənilməz gəlirləri 0,6 milyon manat (1 il bundan əvvəl xərc olub), mənfəət vergisi ödəmələri isə 187,4 milyon manat (38 % çox) təşkil edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki