Azərbaycanın ən bahalı realiti şousunun başlamasına saatlar qaldı

image-http_95-86-135-60_bpictures_picture151874backend

Busaat.az xəbər verir ki, teleaparıcı Zaur Mirzəzadənin təqdimatında bir neçə saatdan sonra Lider TV-də Azərbaycan teleməkanında ən çox büdcəsi olan “Lift” realiti şousunun ilk canlı yayımı nümayiş olunacaq.

Sayılı saatların qaldığı realiti şouda 100.000 manat uğrunda bu iştirakçılar mübarizə aparacaqlar:

Əməkdar artist skripkaçı Səlim Abbasov, rəqqasə Oksana Rəsulova, müğənnilər Vasif Məhərrəmli, Günel Ələkbərova, Sevinc Musayeva, Kərim Abbasov, Elşad Şükürov, reper Ceyhun Zeynalov, meyxana ustası Vüqar Əbdülov, şairə-jurnalist Ülviyə Alovlu, teleaparıcı Zemfira Adıgözəlova və aktyor Fərda Xudaverdiyev.

“LİFT” realiti şousu öz maraqlı və sərt şərtlərilə seçilir. Layihə müəlliflərindən aldığımız məlumata görə, şouda iştirakçıların bütün tələbatları pullu olacaq.

İştirakçıların yatmaq, liftdən kənara çıxmaq, qidalanmaq və s. tələbatları təyin olunmuş qaydalar çərçivəsində tənzimlənəcək. Hətta çimmək belə müəyyən məhdudiyyətlərlə həyata keçiriləcək.

Söyüş, əlbəyaxa dava, əcnəbi dillərdə danışmaq və digər qadağalara əməl etməyən iştirakçılar layihədən dərhal kənarlaşdırılacaqlar. Qadağalardan ən maraqlısı isə intim münasibətdir.

Belə ki, layihə çərçivəsində intim münasibət qəti qadağandır. Açılış mərasimində Azərbaycan teleməkanında ilk dəfə olaraq 3D animasiyalı “Video Mapping” şousu nümayiş etdiriləcək ki, bu da açılış mərasiminin növbəti özəlliklərindən biridir.

“LİFT” realiti şousu xalq artisti Alim Qasımov, “Eurovision” təmsilçisi Elnur Hüseynov və bəstəkar-müğənni Rəhim Rəhimlinin birgə triosu ilə də teleməkana öz damğasını vuracaq. Onuda qeyd edək ki, şounun bəstəkar və aranjımançısı Ruhin İsmayılovdur.

Məlumat üçün bildirək ki, realiti-şounun informasiya tərəfdaşları Milli.Az və Day.Az portallarıdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90