“Azərbaycanın Xankəndində tək əngəli Rusiyadır” – EKSPERT RƏYİ

image-xankendi-mitinqbackend

Azərbaycan-Ermənistan münaqişəsinin bitməsi, bölgədə sülh və normallaşdırma addımlarının atıldığı bir zamanda ermənilərin təxribatları fərqli və daha aqressiv müstəvidə davam edir.

Rusiyadan səslənən ikibaşlı açıqlamaların fonunda ermənilərin bu addımları atması sülh prosesinə ciddi zərbə vurur. Bəs ermənilərin bu məqsədləri nəyə hesablanır? Azərbaycan tərəfi bu məkrli addımların qarşısını almaq üçün hərbi güc istifadə edə bilərmi?

Bu kimi suallara cavab tapmaq üçün Busaat.az hərbi məsələlər üzrə ekspert Səxavət Məmmədin fikirlərini öyrənib:

image-2d247e3b-7ea6-4ff9-b767-58af896c5e2c

“Ermənistan dövləti bir yandan Azərbaycanın təklif etdiyi 5 şərti qəbul edəcəyini bildirir. Hətta Paşinyan açıq şəkildə deyir ki, Qarabağ beynəlxalq aləm tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Ancaq digər tərəfdən də Ermənistan dövləti Qarabağdan asanlıqla vaz keçməyəcəyini ortaya qoyur. Yəni, söz və əməl üst-üstə düşmür.

Xankəndində ermənilərin mitinq keçirəcəyi bir neçə gün öncədən məlum idi. Bir çox erməni politoloqlar açıq şəkildə dövlətə və erməni müxalifətinə müraciət etdilər ki, Qarabağdakı ermənilərə dəstək versinlər. Bəziləri bir qədər irəli gedərək açıq şəkildə qeyd edir ki, Qarabağsız Ermənistan da yoxdur. Bundan əlavə Rusiyanın bölgə üçün layihəsi Ruben Vardanyanın da aktiv fəaliyyəti onu göstərir ki, ermənilər heç cür asan təslim olmayacaq. Ermənilər hər iki cəbhə ilə – Qərb və Rusiya ilə oynaya bilirlər. Hər iki tərəfə vəd verib, vəd alırlar. Ona görə də, Azərbaycanın işi o qədər də asan görünmür”.

Ekspert, Azərbaycanın ərazidə güc istifadəsi məsələsinə də aydınlıq gətirib:

“Azərbaycan ordusunun Xankəndində və digər istiqamətlərdə antiterror əməliyyatları keçirmək üçün həm hüquqi əsası, həm də hərbi gücü var. Çünki Azərbaycan faktiki olaraq BMT tərəfindən tanınmış ərazisində bu addımı ata biləcək. Azərbaycanın antiterror əməliyyatı keçirməsi üçün 10 noyabr bəyanatı da əlində əsas ola bilər.

Çünki faktiki olaraq 4-cü bəndə əməl olunmur. Azərbaycan bunu edə bilmir. Bunun tək səbəbəi var – Rusiya. Rusiya sülməramlıları ərazidədir. Azərbaycan əməliyyata başlayarsa, rus ordusunu da keçməli olacaq. Bu isə iki ölkə arasında onsuzda gərgin olan vəziyyəti çıxılmaz hala gətirəcək. Rəsmi Bakıya Rusiya ilə hərbi toqquşma lazım deyil. Azərbaycan ona görə də, son vaxtlar Rusiya sülməramlılarının ərazidən çıxarılması üçün çabalar göstərir. Əgər ərazidə ruslar olmasa, Azərbaycan nə məsləhətləşmə aparar, nə xəbərdarlıq edər. Öz ərazisində istədiyi addımı ata bilər.

Hazırda bu mümkün görünmür. Bunun mümkün olması üçün regionda bəzi daşlar yerinə oturmalıdır”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki