Sülh müqaviləsi hansı ölkədə imzalana bilər? Sülhün əldə edilməsi üçün ən operativ və optimal addımlar nələr ola bilər?
Mövzu ilə bağlı politoloq Fikrət Sadıqovun Busaat.az-a açıqlaması:
Azərbaycan və Ermənistan arasında sülhə nail olunması üçün ilk növbədə vasitəçisiz danışıqlara üstünlük verilməlidir. Çünki, bu ilk növbədə iki ölkənin şəxsi problemidir. Digər ölkələrin iştirakı o zaman mümkündür ki, iki ölkə arasında anlaşmada ciddi narazılıqlar və ümumiyyətlə qeyri – adekvatlıq müşahidə olunsun.
Bu il sülh danışıqları istiqamətində ən məhsuldar il kimi tarixə düşə bilər. Hətta çox cidi nəticələr gözlənilir. Təbii ki, erməni tərəfinin təxribatları dayanarsa, o zaman sülhə daha da yaxınlaşmış olarıq. Azərbaycan və Ermənistan rəhbərlikləri mütləq şəkildə vasitəçilər olmadan intensib görüşməlidirlər. Eyni zamanda baş nazirin müavinləri səviyyəsində və XİN rəhbərlərinin iştirakı ilə görüşlər keçirilməlidir. Hətta bu görüşlər İrəvanda və Bakıda da keçirilə bilər. Sülh danışıqlarının daha da effektiv olması üçün bir çox süni baryerlər aşılmalıdır.
Konkret olaraq sülh sazişinin imzalanması elə məhz Qafqazda daha məqsədə uyğundur. Buna görə də Gürcüstanın paytaxtı Tbilisi sülh müqaviləsinin imzalanması üçün ən doğru ünvanlardan biridir. Çünki, Qafqaza sülhün gətirilməsi üçün bu həm də bir rəmzi məna daşıya bilər.
Bundan başqa Brüssel, Moskva və Vaşinqton versiyaları da qaçılmazdır. Lakin Ukrayna müharibəsi tamamilə yekunlaşmayınca Moskvada sülhün əldə edilməsi real görünmür.
Bir daha qeyd etmək istərdim ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin Tbilisidə imzalanması ən optimal versiyadır…”
Bünyamin Bünyadzadə
Busaat.az