Kinoaktrisa, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Fərqanə Quliyeva dünyasını dəyişib.
Bu barədə İttifaqdan bildirilib.
O, 65 yaşında vəfat edib.
Qeyd edək ki, Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü” (1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb.
Allah rəhmət eləsin!