Rusiyada yaşayıb, orada bloqerlik fəaliyyəti ilə məşğul olan əslən azəbaycanlı iş adamı Hüseyn Həsənov Bakıya gəlib.
Busaat.az xəbər verir ki, Ukraynadakı fanatları ilə görüşmək üçün Kiyev şəhərinə yollanan bloqer Borispol Hava Limanında saxlanılıb və paytaxta buraxılmayıb.
12 saat hava limanında qalan Hüseyn ukraynalı fanatlarına sosial media hesabı ilə səslənərək “Sizinlə görüşməyi çox istəyirdim. Amma min bahənə gətirib bizi ölkəyə buraxmadılar”, – deyib, və ordan Bakıya yola düşüb.
Vətəninə gələn Həsənovu Heydər Əliyev adına Hava Limanında yaxın dostları qarşılayıb və əylənmək üçün kluba aparıb.
Səhər isə qəlyanaltıya gedən məşhur bloqer masanın üzərində olan ləziz təamları telefonun kamerasına həkk edib.
“İnstagram” hesabının “Hekayə” bölümündə gördüklərini paylaşan Hüseyn Həsənov “Mənimlə evlənmək istəyən qız mütləq şəkildə pomidor-yumurta bişirməlidir”, – deyərək, yemək bişirə bilməyən xanım namizədləri atmacalı sözləri ilə iynələyib.
Qeyd edək ki, o, Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə elə özünə borcludur. Hüseyn Rusiyada ən populyar bloqerlərdən biridir.
Onun 12 milyondan çox “İnstagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran biznesi ilə də məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.