Azərbaycanlı güləşçi yarımfinalda – Tokio-2020

image-gulesbackend

Ukraynanı Tokio 2020 Olimpiya Oyunlarında təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov bu gün mübarizəyə qoşulub.

Busaat.az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı ilk görüşündə 1/8 finalda  Frederik Bjerrehusu (Danimarka) 5:1 hesabı ilə məğlub edib. 1/4 finalda isə Artem Surkova (Rusiya Olimpiya Komitəsi)  qalib gələn Nəsibov yarımfinala vəsiqə qazanıb.

Pərvizin yarımfinaldakı rəqibi misirli güləşçi Əl-Sayeddir. Görüş bu gün Bakı vaxtı ilə 13:00-da başlayacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90