Azərbaycanlı jurnalistlər Murad Körpüsü və Muşun digər tarixi bölgələrində olub – FOTO

image-musbackend

 Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalistin Türkiyəyə səfəri çərçivəsində bu ölkənin tarixi-mədəni və turizm bölgələri ilə tanışlıq istiqamətində səfərlər təşkil edilib.

Bu səfərlərdən biri də öz zəngin tarixi keçmişi ilə fərqlənən Muş şəhərinə reallaşdırılıb.

image-mus-482

Muş şəhərinin tarixi barədə qısa şəkildə məlumatlandırılan jurnalistlər şəhərin ən məşhur yerlərini ziyarət edib. Bu ziyarətlər çərçivəsində Muşun tarixi-mədəni məscidləri olan Ulu Cami, Alaeddin Bey ve Hacı Şeref məscidlərinə baş çəkilib, burada məscidlərin tarixi və önəmi barədə məlumatlar paylaşılıb.

 

Bundan sonra öz turizm imkanları ilə seçilən Muşun əsas gəzməli və görməli yerlərinə, mərkəzi küçələrinə və şəhərətrafı bölgələrə ekskursiyalar təşkil edilib. Bu ekskursiyalardan biri Murad çayı və çayın üzərində tikilmiş Murad körpüsündə təşkil edilib.

Tarixi Murad körpüsü Muş vilayətində Murad çayı üzərində, Muş şəhər mərkəzindən cənubda 12 km məsafədə yerləşir. XIII əsrdə Səlcuqlular dövründə inşa edilən Tarixi Murad Körpüsünün ilk tikilmə tarixi haqqında məlumat yoxdur. Körpünün üzərində tapılan mərmər üzərində yazılmış 1871-ci il tarixli kitabədən körpünün Osmanlı dövründə bərpa olunduğu müəyyən edilib. Uzunluğu 143 metr olan körpünün eni 5 metrdir.

 

Murad körpüsü bu gün də fəal şəkildə istifadə olunur. 2010-cu ildə körpü üzərində işıqlandırma sistemi qurulub. Bundan sonra körpü gecələr əsrarəngiz mənzərəyə bürünməyə başlayıb.

 

Tarixi Murat Körpüsü Əfsanəsi

Yerli camaatın danışdığı rəvayətə görə, körpünü varlı erməni qızı tikdirib və körpünün tikintisi zamanı körpüyə baxmağa gedən erməni qızı işləyən ustanın oturduğu yerdə dayanmadan kibrit yandırdığını görüb əsəbiləşib. Usta qıza “sən çox xəsissən” dediyi zaman erməni qızı “xəsis olmadığımı sübut etmək üçün körpünün dibinə bir kub qızıl basdıracağam” deyə qarşılıq verib.

Bu əfsanəyə inananlar basdırılmış qızıl küpləri tapmaq üçün dəfələrlə partlayıcıdan istifadə edərək körpünü dağıdıb, hətta orta ayaqları da sökülüb. Aparılan bərpa işlərindən və təhlükəsizlik tədbirlərindən sonra körpü köhnə vəziyyətinə qayıdıb.

Busaat.az/Ariz Həsənoğlu

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki