“AZƏRİŞIQ”bütün xidmət təşkilatlarından niyə geri qalır?

image-seventimes_817ab2323ce5f2dc2bf92ba6ae63a03f_o2g85zthpm67eis39afr-750x403backend

Bu gün ölkə başçısı İlham Əliyevin daxili siyasətinin əsas prioritet sahələrindən biri insanların rahatlığını təmin etmək məqsədi daşıyır.Bu məqsədlə az qala il ərzində onlarla sərəncamlar verilir və əhalinin yüksək kommunal xidmətlərlə təmin edilməsi üçün milyonlarla dövlət vəsaiti ayrılır.Xidmət təşkilatlarının qarşısına qoyulan əsas hədəf isə öz öhdəliklərinə düşən məsuliyyəti dərk etmək və bu istiqamətdə dövlət başçısının verdiyi göstərişlərə ən mütləq şəkildə əməl etməkdir.Amma bəzi dövlət qurumları hələ də öz məsuliyyətlərini və öhdəliklərini dərk etmirlər.”AZƏRİŞIQ”ASC – ni bu sırada birinci hesab etmək olar.

Naşı xidmətlərinə görə onlar sanki,hələ də 90-cı illərin kövrək və xaotik havasında qalıblar.Bu gün Azərbaycan kosmik sənayenin,informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi ölkələr sırasındadır.Amma “Azərişıq” ASC hələ də 220 voltluq xətt gərginliyini təmin edə bilmir.Ölkədə Yerüstü Peyk-İdarəetmə Mərkəzi yaradılıb ,orbitə 3 süni peyk çıxarılıb, amma “Azərişıq”ASC –nin elektrik xətləri hələ də özümüzün istehsal etdiyi elektrik enerjisini itkisiz və məhdudiyyətsiz daşıya bilmir.Azərbaycan 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.”Azərişıq”ASC – nin dayaq “izolyator”ları,paylayıcı lövhələri,elektrik xətləri,dirəkləri və transformartorları hələ də xəcalət verir.

Ayrılan pulları və “güc”-ü yalnız şəhər mərkəzlərinin və istirahət mərkəzlərinin elektrik təsərrüfatını ya yenidən qurmaqla, ya da cari təmir etməklə işi bitmiş hesab etmək olmaz,cənablar.Dünənki küləkdə ən “saz”hesab etdiyiniz o şəhər mərkəzləri də qaranlığa qərq olmuşdu.Ətraf yaşayış məntəqələri və kəndlər də isə vəziyyət olduqca acınacaqlıdır.

Əgər həqiqətən bilmirsinizsə, bilin,sizin 10kv -luq elektrik xətlərinizin 50-60 faizdən çoxu istifadəyə yararsız durumdadır.Çox nadir bölümlər də o xətlərlə enerji itkisiz daşına bilir.Transformatorların 80 faizdən çoxu bərbad gündədir.Dayaq “izalyator”larının az qala hamısı yox deyəcək qədər acınacaqlı haldadır.Bəzi kəndlərdə insanlar özləri çəkir elektrik xətlərini evlərinə.(Xaçmaz,Hacıqurbanoba ,Xaspoladoba ,Gödəkli kəndləri,Quba Gedik ,Amsar,Tülər.Şabran Udlu və 10 dan çox dağ kəndi)Xahiş edirəm ,yolunuz bu tərəflərə düşəndə Xaçmazın İlxıçı kəndinə bir baş çəkin cənablar.Hörümçək toru bu kəndin elektrik təsərrüfatından daha abırlıdır.Bu səbəbdən həya edib bu kəndin “levi”lərinə göz yummanız çox mütərəqqi bir alicənablıqdır.Dəyərləndiririk,əhsən.

04 kv-luq elektrik xətləri barədə danışmağa ehtiyac yoxdur.Bəzi yerlərdə bu xətlərin istismar xidmətini əhali çoxdan öz üzərinə götürüb.

Kəndlərdə az qala avtotənzimləyici transformator qurğuları olmadan insanlar normal elektrik enerjisindən istifadə edə bilmir.Ən böyük ayıb isə bu qurğuları insanlara məhz sizin şəbəkə rayon mühəndisləriniz məsləhət görməsidir, cənablar.Belə xidmət mi olar?Bəs niyə onlar sizə pul ödəməlidir?140 kv dan xətt gərginliyi ilə təchiz edilən abonentlər bilirsiz nə əziyyətlə evindəki elektrik avadanlığını qoruyur?Keçmiş bank müdirlərini (Siyəzən şəbəkə rayonu)polis rəislərini (Qusar şəbəkə rayonu) yerli şəbəkə rayonlarınıza rəhbər təyin etməklə onsuzda istismara yararsız olan amansız elektrik təsərrüfatlarını daha da acınacaqlı vəziyyətə saldınız.Bakı və Sumqayıt şəhərlərini bir kənara qoyaq.Bu şəhərlərin elektrik təsərrüfatı Baba Rzayevin dönəmində normal hala gətirilmişdir.Sizin ən “saz” hesab etdiyiniz Quba,Xaçmaz,Qusar bəs?

“Yoxluq”dan olsaydı anlayardıq.Amma bu problemlər yoxluqdan deyil ,öz işinizə olan etinasızlıqdan və məsuliyyətsizlikdəndir.Bunu isbat edə biləcək çox dəlil göstərərdim.Amma mən sizdən fərqli olaraq öz peşəmin hüdudlarını aşmaq istəmirəm.Yoxsa istismara ayrılan sərfiyyat gücünüzü 1 nəfərə görə israf edib 30 km lüzumsuz elektrik xətti çəkdiyinizdən də bəhs edərdim.

Malı qırov öldürər,qışın adı bədnamdır.Satdığınız kimi alın, əziz “Azərişıq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90