“Azərlotereya”nın YALANLARI: “Qalib şəxslər reklam olunur, bəs uduzanlar?” – EKSPERT RƏYİ

image-azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_netbackend

“Qalib olmağın aksiyonunu yaşamaq və yaxud əyləncə kimi yanaşmaq daha məqsədəuyğundur”.

Bunu mərc saytlarının və lotoreayaların zərərlərindən danışan iqtisadçı Xalid Kərimli Busaat.az-a açıqlamasında deyib.

image-1650646239_xalid_kerimli1

O, bildirib ki, mərc saytları və lotoreyaların təşkili “Azərlotoreya”nın monopoliyasındadır:

“2021-ci ildə “Azərlotereya” ASC Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B. V.” şirkətinin idarəsinə verildikdən sonra fəaliyyəti genişlənib. Bu sahə dövlətin monopoliyasındadır və tənzimlənə bilir”.

Konstitusiyasının mərc oyunları ilə bağlı müddəalarına toxunan ekspert qeyd edib: “Azərbaycan Respublikasının konstitusiyasında lotoreyalar haqqında qanununda uduş fondunun ümumi yığım məbləğinin 50%-dən az olmaması ilə bağlı bənd var. Yəni – lotoreyada yığılan məbləğin 50%-dən çoxu uduşa çıxarılmalıdır. Ancaq bununla bağlı hesabatlar yayımlanırmı? Tək qalib isə mərc oyunlarını təşkil edən şəxslərdir”.

Ekspert mərc oyunları ilə asan pul qazanmağı hədəfləyən şəxslərə məsləhətlər verib: “Qalib şəxslər reklam olunur, tanıdılır. Bəs uduzanlar? Onlar haqqında heç bir məlumat yoxdur. Vətəndaşlar mərc saytlarına, yaxud lotoreyalara çıxış yolu kimi baxırlarsa yalnış yoldadırlar. Qalib olmağın aksiyonunu yaşamaq və yaxud əyləncə kimi yanaşmaq daha məqsədəuyğundur. Qəti olaraq mərc oyunlarında qalib tərəfin hər zaman təşkilatçılar olduğunu bilmək lazımdır”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki