Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft110.92 $▼0.22%
  • WTI neft101.35 $▲0.09%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.057 $▲0.07%
  • Qızıl4 056 $▼0.15%
  • Gümüş54.06 $▼0.25%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.50 ¢▼0.12%
  • Bitcoin80 821 $▲0.03%
  • Ethereum2 350 $▲0.14%
  • S&P 5007 723▲0.60%
15°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Son dəqiqə

"Azərlotoreya” əhalinin vəsaitini talayır" - SOSİOLOQ

image-cd45f8ed-eeda-43b4-9c00-752b811aa396
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Əli hər yerdən üzülən insan möcüzə baş verəcəyinə inanaraq son çarəni müasir qumarda görür”.

Bunu mərc oyunları və lotoreyaların zərərli təsirlərindən danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı Busaat.az-a açıqlamasında deyib.

image-6747

O, bildirib ki, eyni hal 2000-ci illərin əvvəlində də yaşanıb: “Vətəndaşlar kütləvi şəkildə mərc oyunlarına üz tutub. “Qazandıran” lotoreyalara hazırda böyük axın var. 15-20 il öncə insanlar mərc oyunlarını qazanc yeri kimi gördüyünə görə milyonlarla insan uduzan tərəf oldu. Sonradan belə hallar səngisə də bir neçə müddətdir yenidən gündəm olub”.

Sosioloq insanların mərc oyunlarına maraq göstərməsinin səbəblərindən danışıb: “İnsanların lotoreyaya üz tutmasının bir sıra səbəbi var. Savadsızlıq, məlumatsızlıq, maddi vəziyətin pis olması və.s. Əli həryerdən üzülən insan möcüzə baş verəcəyinə inanaraq son çarəni müasir qumarda görür. Bu istək bütün hallarda reallaşmır. Milyon nəfərdən biri nadir halda 5-10 manat qazana bilər. Qalan hallarda uduzur. Qumar oyunları insanlara daim faciə gətirib. Neçə-neçə ailə dağılıb, milyonlarla pul batıb. Hətta evini satıb mərc oyununa yatıran insanlar var. 5-10 manata şirnikləşən insan daha çoxunu istəyir. Nəticədə uduza-uduza minlərlə manat məbləğində pul itirir. Qazanan tək tərəf isə “Azerlotoreya” şirkətidir”.

“Azərlotoreya”nın yeni idarəçiliyi barədə fikirlərini bölüşən sosioloq deyib: “Azərlotoreya” Türkiyə şirkətinin idarəçiliyinə verildikdən sonra şirnikləşdirici reklamlara başladı. Uduşlu biletlər satışa çıxararaq insanların marağını üzərinə çəkdi. Sonradan isə əhalinin vəsaitini talanmağa başladı. Bu sahədə şəffaflıq və nəzarət yoxdur. Ümumiyyətlə qumar oyunları ləğv olunmalıdır. Mərc saytları əhalinin vəziyyətini ağırlaşdırır. Bir çox ölkədə belə saytların fəaliyyətinə qadağa qoyulub. Həmin şirkəti idarə edənlər bir çox ölkədən qovulub. Dövlət qumar oyunlarının qarşısını almalıdır”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95542