Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft92.92 $▼2.47%
  • WTI neft88.67 $▲0.37%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.099 $▼1.87%
  • Qızıl3 861 $▼0.24%
  • Gümüş47.27 $▼0.11%
  • Pambıq81.40 ¢▲3.10%
  • Buğda591.75 ¢▲0.85%
  • Bitcoin64 392 $▼1.41%
  • Ethereum1 800 $▼1.86%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

Bakı küçələri növbəti dəfə dezinfeksiya edilir - Fotolar

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.

İcra Hakimiyyətindən Busaat.az-a verilən məlumata görə, son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında böyük artımın olması nəzərə alınaraq noyabr ayının 14-ü və 15-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazisi üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti, artıq 16-cı dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. İş həcminin coxluğu nəzərə alınaraq dezinfeksiya tədbirlərinin 2 gün ərzində keçirilməsi qərara alınıb.

Şənbə və bazar günləri ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Qış aylarında yağıntılar yağan zaman isə dezinfeksiya işləri lokal xarakter daşıyacaq.

 





MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=24572