Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 420 $▼1.18%
  • Ethereum1 915 $▼0.66%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Bakı metrosunda 10 dəqiqəlik intervalın SƏBƏBİ

image-metro
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Bakı metropoliteninin işində problem yaranıb.

Busaat.az “Oxu.az”a istinadən məlumat verir ki, “Memar Əcəmi” stansiyasında qatarlar arasında interval 10 dəqiqəni ötüb.

“Qatarlar tuneldə getdiyi qədər də hər platformada dayanır. Hər platformada ən azı 2-3 dəqiqə gözləyirlər”, – deyə şikayətdə bildirilir.

Məsələyə “Bakı Metropoliten” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov münasibət bildirib.

Qurum rəsmisi bildirib ki, hazırda Bakı metropoliteninin xətlərində hər hansısa bir texniki problem yoxdur:

“Yaranan problemin xüsusiyyəti yenə də sərnişin sıxlığından və qatarlara minib-düşmə prosesinin ləngiməsindən, qapıların saxlanması nəticəsində qatarların stansiyanı gec tərk etməsi səbəbindən formalaşıb”.

O qeyd edib ki, dispetçerlər əsasən tənzimlənməni və interval pozuntularının qarşısını almaq üçün mümkün bütün tədbirləri görürlər.

“İkinci vacib məqam, stansiyada və yaxud tuneldə qatarın normadan artıq dayanmasdır. Qatarın stansiyanı vaxtında tərk edə bilməməsi nəticəsində intervalda da problemlər yaranır. Çünki qatarların xətlərdə hərəkətinə icazə verən sistem müəyyən məsafədən sonra digər qatarın yaxınlaşmasına, hətta maşinist istəsə belə, imkan vermir.

Bu səbəbdən də qeyd olunan gözləmələr yaranır. Hazırda dispetçerlər bu gün daha çox hiss olunan yubanmaların aradan qaldırılması üçün bütün qüvvələrini səfərbər ediblər”, – deyə açıqlamada qeyd olunur.


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=154671