Bakı prospektində FACİƏ: Maşınından düşərkən moped vurub öldürdü

image-1684734991_mpedbackend

Xaçmaz şəhərinin Bakı prospektində ağır yol qəzası baş verib.

Busaat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Çənlibel parkının qarşısında qeydə alınıb. Pərvin Qəribov adlı gənc idarə etdiyi “Kuba Ege” markalı mopedlə avtomobili saxlayıb sükan arxasından düşən sürücünü vurub.

Qapını açarkən mopedin zərbəsinə tuş gələn “Opel” markalı avtomobilin sürücüsü, 1962-ci il təvəllüdlü Quliyev Tofiq Məmmədqulu oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90