Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Belçikanın xarici işlər naziri Hadija Labibin arasında görüş başlayıb.
Busaat.az xəbər verir ki, nazirlər əvvəlcə təkbətək müzakirə aparıblar.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş başlayıb.
Nazirlər regional məsələləri, eləcə də ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edirlər.