Bakıda Daxili Qoşunların tağım komandirini maşın vurub öldürüb

image-qeza_1jpg-1726133426backend

Bakıda Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının zabiti yol qəzasının qurbanı olub.

Bakıvaxtı.az xatırladır ki, hadisə bu ilin yanvar ayında Sabunçu rayonu Bakıxanov qəsəbində Daxili Qoşunların hərbi hissəsinin qarşıında baş verib. Belə ki, paytaxtın Nərimanov rayon sakini olan 25 yaşlı sürücü “Hyundai Santafe” markalı avtomobillə Daxili Qoşunların N saylı hərbi hissəsinin tağım komandiri, leytenant İmran Seyfullazadəni vurub.

Yaxınlıqda olan digər hərbçilərin köməyi ilə İ.Seyfullzadə əvvəlcə hərbi hissənin tibb məntəqəsinə, daha sonra isə DİN-in hospitalına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən sürücü barəsində Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb və işə rayon məhkəməsində baxılıb. İmran Seyfullzadənin valideyni hüquqi varis kimi çıxış edərək sürücünü bağışladığını və ondan şikayətçi olmadığını bildirib.

Sabunçu rayon Məhkəməsinin hökmü ilə sürücü 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki